SOSİUM

08 Noyabr
19

Azərbaycanda zəlzələ olub

Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.

Fins.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.