SOSİUM

20 Noyabr
219

Azərbaycanda ən çox orta aylıq əməkhaqqı hansı rayonlardadır? – TAM SİYAHI

Azərbaycanda 1 oktyabr 2019-cu il tarix üzrə ölkə üzrə orta aylıq əməkhaqqılarının 603,5 manata çatıb.

Fins.az xəbər verir ki, Banker.az ölkədə rayon və şəhərlər üzrə əməkhaqqıları ilə bağlı hansı fərqli rəqəmlərin olduğunu araşdırıb.

Dövlət Statistika Komitəsinin statistik göstəricilərində həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 833,6 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon kimi Sədərəkdir. Burada orta aylıq əməkhaqqı 520,7 manatdır.

Ölkənin 3-cü ən böyük şəhəri isə elə bu göstəriciyə görə də 510,1 manat olmaqla 3-cü yerdədir. Digər onluğa daxil olan rayonlar: Gədəbəy – 504,8 manat, Şirvan şəhəri – 489,6 manat , Naxçıvan şəhəri -478,3 manat, Kəngərli rayonu 471,2 manat, Daşkəsən rayonu 466,8 manat, Siyəzən rayonu -463,5 manat və Babək rayonu – 444,4 manat olub.

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Zaqatala və Ağdam rayonlarında qeydə alınıb. 1 oktyabr 2019-cu il tarixinə olan statistik rəqəmlərə əsasən Zaqatala rayonunda orta aylıq əməkhaqqı 308,8 manat, Ağdam rayonunda isə 298,9 manat təşkil edib.