SOSİUM

02 Dekabr
263

Evdar qadınlar üçün pis xəbər – QANUNA DƏYİŞİKLİK

Azərbaycanda sosial müavinətlər haqqında qanun dəyişdirilir.

Fins.az xəbər verir ki, qanunun 1.0.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, 62 yaşına çatmış qadınlar; 67 yaşına çatmış kişilər; 3 və daha çox uşaq doğub 18 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 18 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar; eləcə də, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər Sosial müavinət ala bilməyəcəklər.

Qeyd edək ki, bu şəxslərə ödənilən müavinətin məbləği 130 manat təşkil edirdi.