SOSİUM

04 İyul
103

Əyləncə mərkəzlər necə seçilir? - ARAŞDIRMA

Azərbaycanda əyləncə mərkəzləri insanların həyatında getdikcə daha böyük rol oynayır. Bununla yanaşı, əyləncə mərkəzlərinin seçimi və burada xərclənən vəsaitlərin məbləğləri müxtəlif əhali qrupları üçün fərqlənir.

Fins.az «ACTAzərbaycan»ın Bakı şəhərində əyləncə mərkəzləri ilə bağlı apardığı araşdırmanın nəticələrini təqdim edir. Araşdırma 2013-cü ildə aparılsa da, aktuallığını bu günə də qoruyub saxlayır.

66% ayda azı bir dəfə əyləncə mərkəzinə gedir

Tədqiqatın nəticələrinə görə respondentlərin əksəriyyəti (34%) ayda bir və ya iki-üç dəfə (32%) əyləncə mərkəzlərinə gedirlər. Bu tip mərkəzləri əsasən həftəsonu ailəvi və ya dostlarla ziyarət etmək ən geniş yayılmış tendensiyadır.

Əhalinin yarısı reklamlara inanır

Respondentlərin demək olar ki, yarısı (49%) əyləncə mərkəzinə reklama, 28% isə dost-tanışın məsləhətinə görə gəlir.

Avtomatlarla oynamağa gedirlər

Qonaqlar daha çox mərkəzlərdəki avtomatlarda əylənir. Sevilmə sırasına növbəti yerləri boulinq, avtodrom və karusellər tutur.

Təmizlik və müxtilifliyə üstünlük verilir

Respondentlər əyləncə mərkəzi seçərkən oyunların müxtəlifliyi (50%), məkanın təmizliyi (44%), genişliyi (21%), və xidməti heyətin peşəkarlığına (23%) diqqət edirlər.

Əyləncə mərkəzlərində bizi nə narahat edir?

Qonaqları ən çox narahat edən isə əyləncə mərkəzlərindəki səs küy ( 19%) və qimətlərin yüksək (6%) olmasıdır.

Əsas müştərilər ali təhsilli qadınlardır

Bakıda əyləncə mərkəzlərinin əsas müştəriləri 25-34 yaşlı, ailəli, ali təhsilli, işləyən qadınlardır. Onların orta aylıq gəliri 440 manat, ailələrinin orta aylıq gəliri isə 1210 manat təşkil edir.