SOSİUM

29 Aprel

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının (SES) tikintisi aparılır.

Fins.az “AzərEnerji”yə istinadən xəbər verir ki, 2024-cü ildə 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub.

Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon Kv/saat-a yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.