SOSİUM

13 May

Bakı əmlak bazarında sabitlik qorunur, illik göstəricilər sürətlə artır

Aylıq dinamika baxımından, 2025-ci ilin martından aprel ayına qədər təklif həcmi böyük dəyişiklik göstərməyib – yəni bazarda durğunluqdan sonra aktivlik tədricən artsa da, son aylıq artım cüzi olub.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

Məlumata görə, illik müqayisədə isə (aprel 2024 – aprel 2025) təklif sayında ciddi yüksəliş qeydə alınıb (ikirəqəmli faiz artımı). Bu, bazarın canlanması və daha çox mənzilin satışa çıxarılması ilə əlaqədardır.

Xüsusilə, 2025-ci ilin fevralında təkrar bazarda təklif sayı əvvəlki ilin eyni dövrünə nisbətən 17% çox idi, bu trend aprel ayınadək davam edib.

Fuad Mədətov
Finss.az