SOSİUM

13 May

Bakıda satılan mənzillərin orta sahəsi 93 kv.m olaraq qalır

Bakının təkrar mənzil bazarında satılan mənzillərin orta sahəsi və ümumi qiyməti, əsasən, bazarın strukturuna uyğun olaraq formalaşır. Aparılmış araşdırmalara görə, paytaxtda mənzillərin orta sahəsi təxminən 85–100 kv.m aralığında dəyişir.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

Məlumata görə, mütəxəssislərin əvvəlki illərdə apardığı təhlillərə əsasən, təkrar bazarda orta mənzil sahəsi 93 kv.m olub. Bu göstərici bazarda üstünlük təşkil edən mənzil növləri ilə bağlıdır. Belə ki, hazırkı dövrdə də yeni tikililərdə əsasən 2 və 3 otaqlı mənzillərin satışda olması, orta sahənin dəyişmədən eyni səviyyədə qalmasına səbəb olur.

Bu göstərici bazarda qiymətlərin hesablanmasında və alıcıların ödəmə qabiliyyətinin təhlilində mühüm rol oynayır. Orta sahə göstəricisi ilə birlikdə formalaşan ümumi qiymətlər həm bazar tendensiyalarını izləməyə, həm də gələcək proqnozlar üçün əsaslı baza yaratmağa imkan verir.

Fuad Mədətov
Finss.az