Bakı şəhərinin təkrar mənzil bazarında mənzillər ucuz, orta və bahalı seqmentlərə bölünür.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Araşdırmalara əsasən, bazarda təklif olunan mənzillərin əksəriyyəti orta qiymət kateqoriyasına daxildir. Rəqəmlər göstərir ki:
- 70%-dən çox mənzil, 1 kv.m üçün 2000 ABŞ dolları (təxminən 3400 AZN) və onun altında olan qiymət seqmentinə aiddir.
- Ən geniş yayılmış qiymət aralığı (moda) 1500–2000 AZN/kv.m təşkil edir.
Bu, o deməkdir ki, alıcılar bazarda əsasən orta büdcəli mənzillərlə qarşılaşırlar və satılan mənzillərin çoxu məhz bu aralıqda yerləşir.
Statistik baxımdan:
- Moda qiymət (ən çox rast gəlinən): 1500–2000 AZN/kv.m
- Median qiymət (50%-nin dəyəri): 1900–2000 AZN/kv.m
Yəni elanların yarısında kvadratmetr qiyməti bu həddən aşağı, yarısında isə yuxarı olur.
Müqayisə üçün qeyd edilir ki, 2015-ci ildə, devalvasiyadan əvvəl təkrar mənzil bazarında:
- Orta qiymət 1541 ABŞ dolları/kv.m (təxminən 1200 AZN/kv.m) idi.
İndi isə manat ifadəsində qiymətlər kəskin artıb, dollar ifadəsində isə nisbi sabitlik müşahidə olunur. Bu tendensiya manatın dəyərsizləşməsi və bazarda artan tələb ilə izah olunur.
Qiymət seqmentlərinin bu şəkildə paylanması həm alıcıların büdcəsinə, həm də daşınmaz əmlak bazarının strukturuna dair mühüm göstəricidir.
Fuad Mədətov
Finss.az