SOSİUM

14 May

450 şirkət, 31 ölkə, 4 gün – Kənd təsərrüfatı sərgisi start götürüb

Finss.az - Dünən Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri öz işinə başlayıb.

Bakı Ekspo Mərkəzində keçirilən sərgilərdə 31 ölkədən 450 şirkət iştirak edir.

Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, AQTA sədri Qoşqar Təhməzli, KOBİA rəhbəri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgilərdə süni intellekt, ağıllı idarəetmə, alternativ enerji və iqlimə davamlı kənd təsərrüfatı həlləri təqdim olunur. Eyni zamanda, “Caspian Agro” sərgisi ilk dəfə balıqçılıq və akvakultura sahəsini də əhatə edir.

Tədbir mayın 16-dək davam edəcək və çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiyalar Forumu da keçiriləcək.