Finss.az - Bakı Ali Neft Məktəbi (BANM) ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
İmza mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov bu təşəbbüsün tələbələr üçün təcrübə proqramlarının genişləndirilməsi və təhsil sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Bayraktar Teknoloji Azərbaycan MMC-nin baş icraçı direktoru Hüseyin Topuz isə tərəfdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq, bu əməkdaşlığın çərçivəsində bir sıra mühüm layihələrin gerçəkləşəcəyini qeyd edib.
Görüşdə həmçinin Bayraktar Teknoloji Azərbaycan şirkətinin Baş texnologiya direktoru Erdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-ın əməkdaşları iştirak ediblər.