Finss.az - Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi infrastrukturun inkişafı istiqamətində növbəti addım atıb.
Qurum bu məqsədlə “AZ.Arxitektura” MMC ilə yeni müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, bağlanmış müqaviləyə əsasən, Ağcabədi şəhər küçələrinə asfalt-beton yolların salınması və şəhərin 20 Yanvar küçəsində inşa olunacaq yeni istirahət parkında görüləcək işlər üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Sözügedən xidmətlərin həyata keçirilməsi üçün nəzərdə tutulan müqavilənin ümumi dəyəri 24 996 AZN təşkil edir.
Layihənin həyata keçirilməsi şəhər infrastrukturunun yaxşılaşdırılması, sakinlərin rahatlığının təmin olunması və şəhərin abadlaşdırılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.