Finss.az - Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 6 iyul 2025-ci il tarixində II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
İmtahanlar ölkənin 24 şəhər və rayonunda — Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Sumqayıt və digər mərkəzlərdə təşkil olunacaq. İmtahan saat 10:00-da başlayacaq, saat 09:45-dən sonra isə iştirakçılar imtahan binasına buraxılmayacaq.
Ümumilikdə 41 483 abituriyentin iştirakı gözlənilir. İmtahana gələcək şəxslər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi kimi sənədləri təqdim etməlidirlər. Sağlamlıq imkanları məhdud 79 nəfər abituriyent üçün xüsusi şərait yaradılıb.
İmtahanların təhlükəsiz və rahat keçirilməsi məqsədilə geniş heyət cəlb olunub və 3 078 imtahan zalı fəaliyyət göstərəcək.