SOSİUM

07 İyul

25 min şagird məktəbdənkənar dərnəklərə qoşulacaq

Finss.az - Elm və Təhsil Nazirliyinin illik hesabatına əsasən, ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyata keçirilib.

Pilot layihə çərçivəsində 20 təhsil müəssisəsini əhatə edən sistemə 13 mindən çox müraciət daxil olub və onların 10 mini uğurla qəbul edilib.

Nazirliyin məlumatına görə, 2025-ci ildə layihənin əhatə dairəsi genişləndirilib və pilot müəssisələrin sayı 50-yə çatdırılıb. Yeni mərhələdə 25 mindən artıq şagirdin elektron sistem vasitəsilə məktəbdənkənar təhsilə cəlb olunması proqnozlaşdırılır.

Hazırda məktəbdənkənar təhsil sahəsində 29 idman növü və 10 istiqamət üzrə 73 adda dərnək fəaliyyət göstərir. Bu addım təhsildə çevik idarəetmənin və rəqəmsallaşmanın gücləndirilməsi baxımından əhəmiyyətli yenilik hesab olunur.