SOSİUM

17 İyul

Audit və süni intellekt: Bakıda beynəlxalq tədbir

Finss.az - Bakıda ASOSAI-nin 62-ci iclası keçirilir.

Tədbirə Azərbaycan Respublikasının Hesablama Palatası ev sahibliyi edir. İclas çərçivəsində ali audit orqanlarının nümayəndələri dövlət auditi sahəsində qlobal trendləri müzakirə edirlər.

Məlumata əsasən, ASOSAI və Ərəb Ali Maliyyə Nəzarəti və Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə iclası da planlaşdırılıb. Tədbirdə hər iki təşkilatın rəhbərləri və nümayəndə heyətləri iştirak edirlər.

İştirakçılar audit sahəsində aktual mövzular – “İqlim dəyişikliyinə audit vasitəsilə reaksiya”“Auditdə süni intellektin (AI) tətbiqi” kimi məsələlər ətrafında fikir mübadiləsi aparırlar.

Tədbir Azərbaycanın dövlət maliyyə nəzarətinin beynəlxalq əməkdaşlıqda fəal iştirakını göstərən önəmli platformalardan biri hesab olunur.