Finss.az - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun sözlərinə görə, 2025–2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə ümumilikdə 32 min nəfərin qəbulu planlaşdırılır.
Brifinq zamanı o bildirib ki, qəbul yerlərinin 60 faizi regionlar, 40 faizi isə Bakı şəhəri üçün nəzərdə tutulub.
Direktorun sözlərinə görə, ən çox tələbat olan və qəbul yerlərinin sayına görə üstünlük verilən ixtisaslar aşpaz, dərzi, elektrik montyoru, manikür ustası və bərbər-vizajist sahələridir.