Finss.az - 2025–2026-cı tədris ili üçün peşə məktəblərinə tələbə qəbulu iyulun 22-dən etibarən başlayır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun sözlərinə görə, qəbul prosesi avqustun 11-dək davam edəcək. Namizədlər “portal.edu.az” platformasına daxil olaraq “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş şəxslərin ərizələrində təqdim olunan məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra onların ixtisas seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul zamanı əsas meyar kimi attestat üzrə müvafiq fənlərdən orta bal nəzərə alınacaq.
Namizədlərə maksimum beş ixtisas seçmək imkanı verilir.