SOSİUM

21 İyul

Peşə təhsilində ödənişli yerlərin qiymətində dəyişiklik edilib

Finss.az - 2025/2026-cı tədris ilindən etibarən peşə təhsili müəssisələrində ödənişli təhsil haqlarında müəyyən dəyişikliklər edilib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bəzi bölgələrdə və ixtisaslarda təhsil haqları fərqli müəyyən edilib. Kərəmov qeyd edib ki, bəzi ixtisaslar üzrə təhsil haqqı 5 min manatadək yüksələ bilər. Bu məbləğin formalaşmasında beynəlxalq sertifikatların tətbiqi, dərsliklərin keyfiyyət səviyyəsi, yüksək ixtisaslı müəllimlərin cəlb olunması və onlara ödənilən əməkhaqqı, eləcə də tədris prosesinə yerli və xarici ekspertlərin cəlb edilməsi kimi faktorlar əsas rol oynayır.

Qurum rəhbəri əlavə edib ki, təhsil haqlarının məbləği peşə hazırlığının keyfiyyətinə uyğunlaşdırılıb və bu istiqamətdə beynəlxalq standartlara inteqrasiya prioritet olaraq qalır.