2025-ci ilin yanvar-iyul ayları ərzində 55 957 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 26 289 nəfər qız, 29 668 nəfər oğlan uşağına görə aparılıb.
Fuad Mədətov
Finss.az