SOSİUM

28 Avqust

Azərbaycanda işə düzələn gənclərin sayı ötən ilə nisbətən 13 525 nəfər artıb

Azərbaycanda 2,3 milyon nəfər gənc yaşayır ki, bu da ölkə əhalisinin 22,5 faizini təşkil edir.

Finss.az-ın məlumatına görə, bu göstəricilər "Azərbaycan gəncləri" məcmuəsində yer alıb.

Gənclərin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi isə kənd yerlərində məskunlaşıb.

Ötən il 19–25 yaş arasında 54 535 gənc işsiz kimi qeydiyyata alınıb ki, bu da 2023-cü illə müqayisədə 8 738 nəfər azdır. Eyni dövrdə isə 55 063 gənc işə düzəlib, bu da əvvəlki ilə nisbətən 13 525 nəfər çoxdur.

Fuad Mədətov
Finss.az