TƏHSİL

13 Noyabr
140

Əcnəbiləri cəlb etmək üçün maraqlı addımlar atan Avropa universiteti – Xaricdə təhsil

Azərbaycanlı tələbələrin təhsil üçün ən çox üz tutduğu ölkələrdən biri də Macarıstandır. Macarıstan güclü təhsil sisteminə malik ölkələrdən biridir.

Macarıstan universitetləri əcnəbi tələbələri cəlb etmək üçün bir çox sərfəli imkan yaradır.

Fins.az xəbər verir ki, Macarıstanın Debreçen Universiteti əcnəbi tələbələr üçün təqaüd proqramı elan edib. Bu universitetdə əcnəbi tələbələr bakalavr, magistr, doktorantura səviyyəsində təhsil ala bilərlər. Təqaüd tam təhsil haqqını, dəyirmi aviabiletlər, sağlamlıq sığortasını qarşılayır.

Macarıstanın Debreçen Universiteti beynəlxalq səviyyədə tanınmış, nüfuzlu ali təhsil müəssisəsidir. Bu universitet daha çox tibb sahəsiylə məşhurdur. Amma tibdən əlavə mühəndislik, idarəetmə, sosial, humanitar elmlər və digər bir çox sahələrdə təhsil verir.

Debreçen Universiteti Macarıstanın ikinci ən böyük şəhərin olan Debreçendə yerləşir. Bu universitetdə ümumilikdə 29 minə yaxın tələbə təhsil alır. Bunlardan 3700-ü əcnəbi tələbələrdir. Bu göstəriciyə əsasən ali məktəb Macarıstanda əcnəbi tələbələrin sayına görə birinci yeri tutur.

Debreçen Universitetinin əcnəbi tələbələr üçün nəzərdə tutulan təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://opportunitydesk.info/university-of-debrecen-stipendium-hungaricum-scholarship-2020/

Qeyd edək ki, Macarıstanda məzun olan əcnəbi tələbələr 1 il iş izni və yaşayış hüququna malikdirlər. Bu ölkənin ali təhsil müəssisələrində bir yarımil oxuduqdan sonra universitetlərarası “Erasmus” və “Sokrates” tələbə mübadilə proqramları vasitəsilə Avropanın hər hansı ölkəsində ödənişsiz təhsil almaq mümkündür.

Macarıstanda ortalama yaşayış xərcləri isə 600 avrodur.