12 Noyabr

Bakıda Doğum Evi ultra lüks təmir ediləcək - 10 MİLYON MANATLIQ MÜQAVİLƏ

Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri üçün elan etdiyi tenderin qalibini açıqlayıb: "BEST LTD" MMC.

Fins.az xəbər verir ki, Nazirlik "BEST LTD" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 9 milyon 591 min 626 manatdır. Müqavilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmirini nəzərdə tutur.

Hüquqi ünvanı, Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivi, ev 24, m. 12 olan "BEST LTD" MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şirkətin direktoru İltifat Əhmədovdur. Şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb.

© Marja