Finss.az - ABŞ Qida və Dərman İdarəsi (FDA) COVID-19-a qarşı Novavax şirkətinin Nuvaxovid vaksinini təsdiqləyib.
Bu qərar şirkətin səhmlərinin 15%-dən çox artmasına səbəb olub. FDA vaksini 65 yaşdan yuxarı şəxslər və koronavirus infeksiyası riskini artıran xəstəlikləri olan 12 yaşdan yuxarı xəstələr üçün istifadəyə icazə verib.
Qeyd edək ki, vaksin qeydiyyatı əvvəlcə sual altında idi və FDA qərarını aprelin 1-də elan etməli idi. Vanderbilt Universitetinin professoru Uilyam Şaffnerin fikrincə, Nuvaxovid təsdiqləndikdə bazarda mRNT əsaslı vaksinlərə alternativ yaranacaq.
Lakin FDA adətən dərmanların yaş qrupunu qeyd etmir, bu məsələ isə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məsləhət komitəsinin səlahiyyətindədir. Analitik Tomas Şreyder isə bu istifadə göstərişlərinin qeyri-adi olduğunu bildirib.
Virusun yeni yayılma mövsümü öncəsi Novavax və rəqibləri vaksinlərin mövcud virus ştammları ilə uyğunluğunu təmin etmək üçün əlavə təsdiq almalıdırlar.