Tibb

07 İyul

Qazlı içkilərin tərkibi sağlamlıq üçün risklidir

Finss.az - Qazlı içkilərin sağlamlığa mənfi təsiri təkcə fərdi səviyyədə deyil, həm də səhiyyə sisteminə əlavə maliyyə yükü yaradır.

Rusiya Səhiyyə Nazirliyinin Piroqov adına Tibb Universitetinin dosenti, farmakologiya üzrə fəlsəfə doktoru Vladislav Sepp bildirib ki, kolanın və digər tünd qazlı içkilərin tərkibindəki oksalatlar və fosfor turşusu böyrəkdaşı xəstəliklərinə səbəb olur.

Ekspertin sözlərinə görə, bu içkilərin tez-tez istifadəsi nəticəsində böyrək funksiyalarında pozğunluqlar yaranır, bu isə uzunmüddətli müalicə və yüksək tibbi xərclərə yol açır. Sepp, təmiz içməli suyun ən yaxşı alternativ olduğunu vurğulayıb.

“Pəhriz” adı ilə təqdim edilən qazlı içkilər isə şəkərin azlığına baxmayaraq, orqanizmdə maddələr mübadiləsinə təsir göstərməyə davam edir. Bu cür məhsulların gündəlik rasionda yer alması, gələcəkdə sağlamlıq xərclərinin artmasına səbəb ola bilər.