Tibb

29 İyul

Uşaqlıqda dəcəl olanlar böyüyəndə daha çox gəlir qazanır

Finss.az - Almaniyalı tədqiqatçıların 745 uşaq üzərində apardığı araşdırma göstərib ki, uşaqlar nə qədər dəcəl olsalar, yetkinlik dövründə bir o qədər yüksək gəlir əldə edirlər.

Tədqiqat nəticələrinə görə, yaxşı davranan və xüsusilə əlaçı olan uşaqlar gələcəkdə yüksək nəticələr göstərməkdə çətinlik çəkə bilərlər. Alimlərin fikrincə, müəyyən qaydaları pozmaq və valideyn səlahiyyətlərinə qarşı çıxmaq – özgüvən və yüksək gəlirə aparan əsas göstəricilərdir.

Lakin bu paradoksun səbəbi hələ tam izah olunmayıb: nə üçün itaətsiz uşaqlar, itaətkar həmyaşıdlarından daha uğurlu olurlar? Tədqiqatçılar qeyd edir ki, üsyankar uşaqlar maaş artımı məsələsində daha tələbkar və aqressiv davranırlar. Bununla yanaşı, onlar yetkin yaşda qanun pozuntularına və qeyri-etik davranışlara da meyilli ola bilərlər.

Mütəxəssislər valideynlərə övladlarının davranışlarına görə həddən artıq narahat olmamağı tövsiyə edirlər. Elm artıq sübut edir ki, üsyankar xarakter bəzi hallarda müsbət nəticələr verə bilər. Əsas məsələ bu enerjini düzgün istiqamətə yönəltməkdir.