Çində ilk dəfə olaraq işə getmək istəməyən şəxslərin müalicəsi ilə məşğul olan xüsusi klinika fəaliyyətə başlayıb.
Finss.az xəbər verir ki, bu qeyri-adi tibbi müəssisə Çin və Qərb Tibb Xəstəxanası tərəfindən yaradılıb. Layihə, daha əvvəl məktəblilər üçün uğurla həyata keçirilmiş “Mən məktəbə getməyi sevmirəm” proqramının davamı kimi dəyərləndirilir.
Klinikanın təşəbbüskarlarından olan həkim Yue Lim bildirib ki, məktəb layihəsindən sonra valideynlər tez-tez bu cür yardımın böyüklər üçün də mümkün olub-olmadığını soruşublar. Bu da yeni klinikanın yaradılmasına səbəb olub.
Klinikada əsasən peşəkar tükənmişlik, emosional qeyri-sabitlik və işin mənasız göründüyü hallardan əziyyət çəkən şəxslərlə işlənilir. Pasiyentlər əvvəlcə psixoloji müsahibələrdən keçirilir, zərurət olduqda isə fiziki müayinələr də aparılır. Hər bir şəxs üçün fərdi terapiya planı hazırlanır.
Müalicənin əsas məqsədi – insanın iş həyatına uyğunlaşmasına mane olan psixoloji və ya fiziki amilləri müəyyənləşdirərək, onun adaptasiyasına dəstək verməkdir.