Tibb

17 Noyabr

Merck & Co.-dan böyük satınalma əməliyyatı

Finss.az xəbər verir ki, Amerika əczaçılıq şirkəti Merck Co. eksperimental qrip əleyhinə dərman hazırlayan Cidara Therapeutics Inc.-i 9,2 milyard dollara satın alır.

Merck, Cidara səhmləri üçün şirkətin cümə axşamı bağlanış qiymətindən ikiqat yüksək qiymət olan 221,50 dollar ödəyəcəyini açıqlayıb. Bu əməliyyat Merck-in qrip və yoluxucu xəstəliklər üzrə dərman portfelini genişləndirməsinə xidmət edəcək.

Qeyd edək ki, Cidara şirkətinin qrip əleyhinə dərmanı ABŞ Qida və Dərman Administrasiyasından (FDA) müsbət rəy alaraq II mərhələ klinik sınaqlarını başa vurub. Dərman hazırda qrip ağırlaşmaları riski yüksək olan böyüklər və yeniyetmələr üzərində sınaqlardan keçir.

Hər iki şirkətin direktorlar şurası əməliyyatı təsdiqləyib və tərəflər müqaviləni 2026-cı ilin birinci rübündə bağlamağı planlaşdırırlar. Bu satınalma Merck-in gələcək əczaçılıq bazarında mövqeyini gücləndirəcək və yeni məhsulların inkişafına imkan yaradacaq.