TURİZM

08 May

Tehran–Bakı aviareysləri bərpa olundu

Finss.az - Azərbaycanla İran arasında aviadaşımaların bərpası istiqamətində mühüm addım atılıb – artıq gündəlik Tehran–Bakı reyslərinin fəaliyyəti bərpa olunub.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri çərçivəsində ikitərəfli siyasi etimadın gücləndirilməsi və iqtisadi diplomatiya sahəsində əməkdaşlıq sənədi hazırlanır.

Eyni zamanda, Təbriz–Bakı birbaşa reyslərinin bərpası da müzakirə olunur. Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bu addımın turizm və iqtisadi əlaqələrin inkişafına ciddi töhfə verəcəyini deyib.

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfenin sözlərinə görə, Tehran və Təbrizdən Bakıya birbaşa uçuşların təşkili planı artıq tamamlanıb. Sənədə əsasən, Tehran–Bakı reysləri həftədə 4, Təbriz–Bakı reysləri isə həftədə 2 dəfə həyata keçiriləcək.