TURİZM

12 May

Qarabağa turları: Şuşa, Xankəndi, Xocalı və Ağdama səfər imkanı

“İmperator Travel” şirkəti tərəfindən may ayı ərzində müxtəlif tarixlərdə Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əsgərana birgünlük daxili tur təşkil olunacaq.

Finss.az xəbər verir ki, tur 9, 11, 17, 18, 24, 25, 28 və 31 may tarixlərini əhatə edir və qiymətlər paketdən asılı olaraq 65 və 70 manat arasında dəyişir.

Şirkətin məlumatına əsasən, qiymətə nəqliyyat xidməti, portal qeydiyyatı, ekskursiyalar, tur rəhbəri, yolboyu maarifləndirici söhbətlər və çay fasiləsi daxildir. Standart paketə isə səhər yeməyi də əlavə olunur. Ekskursiya proqramına Xankəndi şəhəri, Xocalı qəsəbəsi, Əsgəran qalası, Ağdam cümə məscidi, Şuşa qalası, Cıdır düzü, İsa bulağı və digər tarixi yerlərə səfər daxildir.

Tur səhər saat 04:30-da Bakıdan start götürəcək və axşam saatlarında paytaxta geri dönüşlə başa çatacaq. Şirkət əlavə edib ki, 5 yaşa qədər uşaqlar üçün iştirak ödənişsizdir (nəqliyyatda yer tutulmamaq şərti ilə), xarici vətəndaşlar isə əlavə 10 manat ödəməklə tura qoşula bilərlər.

Ətraflı məlumat üçün keçid: //turlar.az/susa-agdam-xocali-xankendi-turu-98370.html

Fuad Mədətov
Finss.az