TURİZM

14 May

Qarabağa maarifləndirici səfər: 65–70 AZN arası qiymətlə bir günlük tur

“Cosmic Travel” turizm şirkəti tərəfindən Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əsgəran istiqamətində birgünlük tur təşkil olunur.

Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 65 AZN, standart paket üçün isə 70 AZN müəyyən edilib. Səfərlər 10, 11, 17, 18, 24, 25, 28 və 31 may 2025-ci il tarixlərində həyata keçiriləcək.

Tura aşağıdakı xidmətlər daxildir:

  • Nəqliyyat xidməti
  • Portal qeydiyyatı
  • Ekskursiyalar
  • Səhər yeməyi (yalnız standart paketdə)
  • Axşam qayıdışda çay süfrəsi
  • Tur rəhbəri
  • Yolboyu maarifləndirici söhbətlər və musiqilər

Ekskursiya marşrutu:

  • Xankəndi şəhəri
  • Xocalı aeroportu
  • Əsgəran qalası
  • Ağdam Cümə Məscidi
  • Yuxarı Gövhər Ağa Məscidi
  • Molla Pənah Vaqifin məqbərəsi
  • Şuşa qalası
  • Cıdır düzü
  • İsa bulağı
  • Güllələnmiş büstlər

Toplanış saat 04:00-da Gənclik metrosunun yaxınlığında, Caspian Shopping T/M qarşısında həyata keçiriləcək. Avtobus saat 04:39-da yola düşəcək, təxmini 23:00–23:30-da Bakıya geri dönüş planlaşdırılır.

Yolüstü tura qoşulmaq istəyən iştirakçılar Lökbatan dairəsi, Sahil qəsəbəsi və Kürdəmir istiqamətlərindən qoşula bilərlər.

5 yaşa qədər uşaqlar üçün tur ödənişsizdir (portal xidməti üçün əlavə 10 AZN tələb olunur və uşaqlar nəqliyyatda yer tutmur). 10 nəfərlik qrup təşkil edən iştirakçılar üçün endirim imkanı təqdim olunur. Tur zamanı spirtli içkilərin istifadəsi qəti qadağandır.

Qeydiyyat tur tarixindən 3 gün əvvəl ləğv edilə bilməz və ödəniş geri qaytarılmır.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (055) 957 89 57.

Fuad Mədətov
Finss.az