TURİZM

16 May

İzmir və Çeşmədə yay səyahəti: 4 gecə 5 gün, 749 dollar qiymətlə

Tel Travel şirkəti Türkiyənin məşhur turizm məkanları olan İzmir, Alaçatı və Çeşməyə 5 günlük qrup tur təşkil edir.

Finss.az xəbər verir ki, turun qiyməti 749 ABŞ dolları (təxminən 749 AZN) olaraq müəyyən olunub. Tura 4 gecə 5 gün daxildir və ilkin ödəniş olaraq 50% ödəmə tələb olunur.

Tura aviabilet (8-10 kq əl yükü ilə), VIP transfer, 4 ulduzlu Kozan City Oteldə 4 gecə qalmaq və 4 dəfə səhər yeməyi daxildir. Tur rəhbəri müşayiət edəcək.

Tur proqramına daxil olan ekskursiyalar arasında İzmir dəniz sahili bulvar gəzintisi, İzmir Saat Kulesi, Egey dənizi və Karşıyaka gəzintisi (gəmi ilə, 20 TL əlavə), Çeşmə və Alaçatı sahil gəzintiləri, Alaçatı Deyirmanlar, Kleopatra Körfəzi, Şirincə kəndi və qrupun istəyinə görə Efes Antik Kəndi və Kuşadası gəzintisi yer alır. Pamukkale turu isə əlavə 50 ABŞ dolları qarşılığında təklif olunur.

Qiymət 2 və 3 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub, tək qalmaq istəyənlər üçün əlavə 190 ABŞ dolları ödəniş tələb olunur. Uşaqlar üçün 0-2 yaş 70%, 2-9 yaş 25% endirim mövcuddur.

Qeyd olunur ki, muzeylərə və digər mədəni yerlərə giriş biletləri qiymətə daxil deyil, aviabiletlərin qiymətindən asılı olaraq turun dəyəri dəyişə bilər. Həmçinin, hava yollarının uçuş saatlarında dəyişiklik olarsa, tur şirkəti məsuliyyət daşımır.

Tarixlər:

  • 8–12 iyun 2025
  • 23–27 iyul 2025
  • 7–11 avqust 2025

Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrələri:
(055) 291 54 30
(050) 999 69 60
(050) 242 02 59

Fuad Mədətov
Finss.az