Cosmic Travel şirkəti tərəfindən Quba və Qusar rayonlarını əhatə edən 1 günlük tur elan edilib. Turun qiyməti seçilən paketdən asılı olaraq 25 və ya 29 manat təşkil edir.
Finss.az xəbər verir ki, tur iştirakçıları 06:30-da “Gənclik” metro stansiyasının qarşısında toplanacaq, 07:10-da yola düşəcək və təqribən 22:00-da Bakıya geri qayıdacaqlar. Yolüstü qoşulmaq istəyənlər üçün Şamaxinka (Lukoil), Xırdalan dairəsi, Saray postu və Sumqayıt yazısının önü kimi alternativ dayanacaqlar mövcuddur.
Ekskursiya proqramına Laza şəlaləsi, Qəçrəş meşəsi və Macəra Lake Parka səfərlər daxildir. Ekonom paketə nəqliyyat, ekskursiyalar, çay süfrəsi, tur rəhbəri və yolboyu əyləncəli oyunlar daxil edilir. Standart paketdə isə əlavə olaraq səhər yeməyi də təklif olunur.
Şirkət tərəfindən 10 nəfər gətirən şəxslərə pulsuz iştirak imkanı təqdim edilir. 0-5 yaşlı uşaqlar üçün ödənişsiz iştirak nəzərdə tutulur (əgər nəqliyyatda ayrıca yer tutmurlarsa).
Tur zamanı spirtli içkilərdən istifadə qadağandır. Nahar yeməyi qiymətə daxil deyil. Əlavə olaraq, 18 və daha çox şəxsdən ibarət olan fərdi qruplar üçün istənilən tarixdə və istiqamətdə tur təşkil oluna bilər.
Əlaqə üçün:
(055) 957 89 57
Fuad Mədətov
Finss.az