Əsr Travel şirkəti tərəfindən iyun, iyul və avqust aylarında İstanbul və Kapadokya istiqamətində 6 günlük qrup turu təşkil olunur.
Finss.az xəbər verir ki, tur 5 gecə 6 gündür və qiyməti 799 ABŞ dollarıdır.
Tur paketinə Bakıdan İstanbul və geri aviabiletlər (əl yükü ilə), İstanbuldan Kapadokyaya rahat nəqliyyat, 2 gecə İstanbulda 4 ulduzlu oteldə lüks qalma və 3 gecə Kapadokyanın Ürgüp bölgəsində gecələmə daxildir. Qidalanma səhər yeməyi formatında təqdim olunur: İstanbulda 2 dəfə, Kapadokyada isə 3 səhər və 3 möhtəşəm axşam yeməyi təmin edilir.
Tur rəhbərliyi azəri və türk dillərində peşəkar bələdçilər tərəfindən həyata keçirilir. Tur iştirakçılarını Kapadokyada ATV turları, balon uçuşu, jeep safari, at və dəvə gəzintiləri, türk gecəsi və yamac paraşütü kimi əlavə ödənişli macəralar gözləyir.
Toplanış və tur haqqında ətraflı məlumat və yerinizi ayırmaq üçün Əsr Travel ilə əlaqə saxlamaq mümkündür.
Əlaqə nömrəsi: (055) 293-17-83
Fuad Mədətov
Finss.az