"Eco Travel" şirkəti tərəfindən iyun ayı ərzində təşkil ediləcək Xankəndi – Şuşa – Ağdam – Xocalı – Əsgəran istiqamətli bir günlük tur üçün qeydiyyat davam edir.
Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 65 AZN, standart paket üçün isə 70 AZN-dir. Standart paketə səhər yeməyi və axşam çay süfrəsi də daxildir.
Tur çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidi, Ağdam şəhidlər xiyabanı, Əsgəran qalası, Xocalı şəhəri, Xankəndi, Şuşa qalası, Cıdır düzü, Natəvan bulağı və ev muzeyi, İsa bulağı, M.P. Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və güllələnmiş büstləri ziyarət edəcəklər.
Turlar iyunun 1, 6, 7, 8, 14, 15, 21, 22, 28 və 29-da baş tutacaq. Toplanış saat 03:30-da Gənclik metrosunun qarşısında nəzərdə tutulub, çıxış 04:00-da həyata keçiriləcək. Turun sonunda Bakı şəhərinə qayıdış saat 23:00–23:30 arası planlaşdırılır.
Tur zamanı spirtli içki qəbulu və əyləncə xarakterli proqramlar qəti şəkildə qadağandır. Bank və kredit öhdəliklərinə görə axtarışda olan şəxslər postlardan buraxılmadıqda ödəniş geri qaytarılmır. Turun baş tutmasına 3 gün qalmış qeydiyyat ləğv olunmur və dəyişdirilmir.
Ətraflı məlumat və qeydiyyat üçün: (055) 605-55-85
Fuad Mədətov
Finss.az