TURİZM

02 İyun

İki günlük 147 manatlıq tur: Şəki–Qax–Zaqatala marşurutu

Usta Turizm 7-8 iyun tarixlərində Azərbaycanın qərb bölgəsinə – Şəki, Qax və Zaqatala istiqamətində "Zəkəriyyə yurdu" adlı xüsusi tur təşkil edir.

Finss.az xəbər verir ki, iki günlük tur üçün nəzərdə tutulan qiymət 147 manatdır və bu məbləğə hotel, səhər yeməkləri, ekskursiyalar, konsert proqramı və bir sıra əlavə xidmətlər daxildir.

Tur zamanı iştirakçılar F Garden Holiday Village Sheki otelində yerləşdiriləcək, səfər çərçivəsində Zaqatala, Qax, İlisu, Ləkit kəndi, Mamırlı şəlaləsi, Qəbizdərə, Qala düzü və Hope Lake kimi görməli yerlər ziyarət olunacaq. Proqrama həmçinin Şəki VIP Karvan restoranı, Əli Əhməd şirniyyat dükanı və Şəki şəhərində ümumi gəzinti də daxildir.

Tur çərçivəsində “O Səs Türkiyə”nin finalçıları Variz və Ceyhun qardaşların canlı konserti keçiriləcək, həmçinin meditasiyalar, canlı gitar ifaları, oyunlar (mafia və s.), hədiyyələr və çay süfrəsi iştirakçılara təqdim olunacaq.

Tur zamanı bələdçi proqramı hava şəraiti və logistik səbəblərlə dəyişə bilər. Qeyd olunub ki, ölkə qanunvericiliyinə hörmətlə yanaşmaq, digər turistlərin rahatlığını pozmamaq və etik qaydalara əməl etmək vacib şərtlərdir.

Ətraflı məlumat və qeydiyyat üçün:
(055) 300-53-17
(077) 277-41-19