TURİZM

20 İyun

649 dollara Batumi, Trabzon, Martvili və Tbilisi yay turu

Tel Travel agentliyi Gürcüstan və Türkiyənin dörd fərqli şəhərini əhatə edən 5 günlük Batumi-Trabzon-Martvili-Tbilisi turuna start verib.

Finss.az xəbər verir ki, 21–26 iyul və 18–23 avqust tarixlərində keçiriləcək möhtəşəm qrup turu iştirakçılara Qara dəniz sahilində unudulmaz səyahət fürsəti təqdim edir. Turun qiyməti 649 ABŞ dolları təşkil edir. Qiymətə Bakı–Tbilisi–Bakı aviabileti (10 kq əl yükü ilə), VIP transfer, Batumidə 4 ulduzlu oteldə gecələmə, səhər yeməkləri və azərbaycanlı tur rəhbərinin müşayiəti daxildir.

Tur proqramında Tbilisinin Qədim Şəlaləsi, Fosforlu hamamları, Avropa Meydanı, Narinqala və Sülh Körpüsü kimi tarixi məkanlara ekskursiyalar yer alır. Batumidə iştirakçılar Martvili Kanyonuna, Maxunceti Şəlaləsinə, Batumi Bulvarına, Əli və Nino heykəlinə, Tamara Körpüsünə, Piazza meydanına və Alfabe Qülləsinə baş çəkəcəklər. İstəyə görə əlavə ödənişlə (10–15 USD) Batumi yaxta gəzintisi və delfinariya ziyarəti də mümkündür.

Turun Trabzon mərhələsi üçün 40 ABŞ dolları əlavə ödənişlə Uzungöl, Çay fabriki və mərkəzi meydan səfərləri nəzərdə tutulub.

Qeyd edək ki, qiymət 2–3 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub, tək qalmaq istəyənlər üçün əlavə ödəniş tələb olunur. Nahar, şam yeməkləri və muzey giriş haqları qiymətə daxil deyil. Aviabilet qiymətləri dinamik dəyişə bilər. Tur zamanı əlavə baqaj üçün 70 USD ödəniş tələb olunur.

Əlaqə: (055) 291 54 30, (050) 999 69 60, (050) 242 02 59.

Fuad Mədətov
Finss.az