Harop Travel şirkəti tərəfindən təşkil olunan 10 günlük Paris-Barselona-Porto turu 2-11 sentyabr 2025-ci il tarixlərində baş tutacaq.
Finss.az xəbər verir ki, turun qiyməti 3400 AZN (2000 USD) təşkil edir. Qiymətə aviabilet (Azərbaycan Hava Yolları ilə, 10 kq əl yükü və bel çantası daxil), transfer və səhər yeməyi daxildir. Viza dəstəyi qiymətə daxil deyil.
Səyahət marşrutu aşağıdakı kimidir:
- 2-6 sentyabr: Parisdə Eyfel qülləsi, Şanzelize prospekti, Luvr muzeyi və digər görməli yerlər ziyarət olunacaq. Romantik küçələrdə gəzinti ilə unudulmaz xatirələr yaşanacaq.
- 6-8 sentyabr: Porto şəhərinin tarixi və mədəniyyəti ilə tanışlıq. Douro çayı sahilində möhtəşəm mənzərələr, port şərabları və köhnə şəhər küçələri səyahətçiləri gözləyir.
- 8-11 sentyabr: Günəşli Barselona şəhərində Saqrada Familia, Park Qüell, La Rambla və Aralıq dənizi sahilləri ziyarət olunacaq. Qaudi memarlığı və İspan enerjisi ilə dolu şəhərdə tam komfortlu bələdçi müşayiəti ilə səyahət təşkil edilir.
Qrup turu şəklində keçirilən bu səyahət, həmçinin yeni dostlar qazanmaq və yüzlərlə gözəl foto çəkmək imkanı yaradır.
Əlavə məlumat və rezervasiya üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündür:
(099) 9888088, (050) 9888088
Fuad Mədətov
Finss.az