2025-ci ilin yanvar-may aylarında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 161 541 nəfər təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarda bildirilir.
Hesabat dövründə Azərbaycaya gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 251 nəfər və ya 22,1% artıb. 2024-cü ilin yanvar-may aylarında bu rəqəm 132 290 nəfər idi.
Ən çox səfər edənlər Türkiyə vətəndaşları olub – 80 251 nəfər. Ardınca Qazaxıstan (28 558 nəfər), Pakistan (23 416 nəfər), Özbəkistan (10 814 nəfər) və İran (6 538 nəfər) gəlir. Bu ölkələrdən gələnlərin sayında ümumilikdə artım müşahidə edilib.
2025 və 2024-cü illərin yanvar-may ayları üzrə müqayisəli cədvəl:
Ölkə | 2025 (nəfərlə) | 2024 (nəfərlə) | Artım (nəfər) | Artım (%) |
---|---|---|---|---|
Türkiyə | 80 251 | 60 827 | +19 424 | +31,9% |
Özbəkistan | 10 814 | 9 738 | +1 076 | +11,0% |
Qazaxıstan | 28 558 | 24 244 | +4 314 | +17,8% |
Qırğızıstan | 2 192 | 1 860 | +332 | +17,8% |
Türkmənistan | 6 831 | 7 578 | −747 | −9,9% |
Tacikistan | 2 941 | 1 561 | +1 380 | +88,4% |
Pakistan | 23 416 | 21 287 | +2 129 | +10,0% |
İran | 6 538 | 5 195 | +1 343 | +25,9% |
Əfqanıstan | - | - | - | - |
Cəmi | 161 541 | 132 290 | +29 251 | +22,1% |
Bu artım İƏT ölkələri ilə Azərbaycan arasında artan turizm əlaqələrinin və regional əməkdaşlığın gücləndiyini göstərir.
Fuad Mədətov
Finss.az