“TIME to travel” turizm şirkəti iyul ayı üçün Quba istiqamətində maraqlı bir günlük “Mountain Breeze • Macəra turu” təşkil edir.
Finss.az xəbər verir ki, turun tarixləri iyulun 1-dən 31-dək müxtəlif günləri əhatə edir (1, 2, 3, 5, 6, 8, 9, 10, 12, 13, 15, 16, 17, 19, 20, 22, 23, 24, 26, 27, 29, 30, 31).
Turun qiyməti ekonom paket üçün 25 AZN, standart paket üçün isə 29 AZN-dir. Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, yolboyu əyləncəli oyunlar və hədiyyələr daxildir. Standart paketdə əlavə olaraq səhər yeməyi və çay süfrəsi də təqdim olunur.
Ekskursiya proqramına Quba Mountain Breeze, Qımılqazma yaylası, Qəçrəş meşəsi və Macəra Lake Park daxildir.
Toplanış saat 06:30-da Gənclik metrosunun yaxınlığındakı Caspian Shopping ticarət mərkəzinin qarşısında baş tutur. Turun yola düşmə vaxtı 07:10, Bakıya təxmini dönüş isə saat 22:00-da nəzərdə tutulub. Yolüstü qoşulmaq istəyənlər üçün Şamaxinka (Lukoil), Xırdalan dairəsi, Saray postu (Araz market) və Sumqayıt yazısı önündə dayanacaqlar mövcuddur.
0-5 yaş arası uşaqlar nəqliyyatda yer tutmamaq şərti ilə ödənişsiz iştirak edə bilərlər. Nahar yeməyi qiymətə daxil deyil. Tur zamanı spirtli içki qəbulu qəti qadağandır. Fərdi qruplar üçün (minimum 18 nəfər) istənilən tarixdə və istənilən rayona da tur təşkil etmək mümkündür.
Əlavə məlumat və qeydiyyat üçün (077) 3311451 nömrəsi ilə əlaqə saxlamaq olar.
Fuad Mədətov
Finss.az