TURİZM

07 İyul

Dənizkənarı Batumi turu: 4 gecəlik istirahət 740–840 AZN arası qiymətlərlə

Antik Travel şirkəti yay mövsümündə Gürcüstanın məşhur istirahət bölgəsi olan Batumiyə 4 gecə 5 günlük tur təklif edir.

Finss.az xəbər verir ki, tur paketinin qiyməti seçilən otelin kateqoriyasına görə dəyişir və 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanır.

Tur çərçivəsində Mahali Hotel 3*-də qalmaq istəyənlər üçün qiymət 740 AZN, Boutique Hotel Bel Mare 3* üçün 760 AZN, Wyn Residences Batumi Apart-Hotel 4* üçün 765 AZN, Aqua Batumi Hotel Apartments 4* üçün 800 AZN, Hotel Sputnik Batumi Hotel 4* üçün 830 AZN, Sun Wine Hotel 4* üçün isə 840 AZN təşkil edir.

Qiymətə aviabilet, otel xidməti və səhər yeməyi daxildir. Transfer, əlavə baqaj və digər əlavə xərclər qiymətə daxil deyil. Turistlərə viza dəstəyi təqdim olunur.

Batuminin dəniz sahili, mədəni və əyləncə məkanları ilə zəngin atmosferi yay istirahəti üçün ideal seçim sayılır.

Əlavə məlumat və rezervasiya üçün əlaqə: (051) 664 24 97.

Fuad Mədətov
Finss.az