Finss.az - Yay aylarında Azərbaycanın şimal-qərb bölgələrindən olan Balakən rayonuna 3 günlük istirahət üçün təklif edilən turlar turistlər arasında maraqla qarşılanır.
Turizm şirkətlərinin təqdim etdiyi məlumatlara əsasən, qrup halında təşkil edilən səyahətlərin qiyməti bir nəfər üçün 140-200 manat arasında dəyişir. Bu qiymətə gediş-gəliş, 2 gecə oteldə yerləşmə və səhər yeməyi daxildir.
Əgər turist fərdi şəkildə istirahət planlaşdırırsa, bu zaman xərclər artmış olur. Balakəndə yerləşən otel və ailəvi istirahət məkanlarında bir gecəlik qiymətlər 50-90 manat aralığındadır. 3 günlük fərdi istirahətin ümumi xərci – yerləşmə, qidalanma və digər xərclərlə birlikdə – 250-350 manat arasında dəyişə bilər.
Tur proqramlarına Balakənin təbiət mənzərələri, Katex çayı, Qubek qalası, Zaqatala-Balakən meşə zolağı və kənd həyatı ilə tanışlıq daxildir. Bəzi turlarda Balakən mətbəxinə aid master-klasslar da təşkil olunur. Turizm şirkətləri bölgəyə yay aylarında artan tələbatı nəzərə alaraq erkən rezervasiyanı tövsiyə edirlər.