TURİZM

14 Avqust

Tekirdağ: Türkiyənin tarixi və təbii zənginlikləri ilə zəngin turizm mərkəzi

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələrəlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir. Son illər dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə üz tutur. Əgər 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahısında Türkiyə turist sayına görə ilk 50 ölkə arasında idisə, bu gün artıq dünyanın ilk beşliyi sırasına yüksəlib. Bu uğurda müasir turizm obyektləri, xidmət sahəsi, qonaqpərvər insanlar və ölkənin zəngin təbiəti mühüm rol oynayır.

Türkiyənin hər bölgəsi turizm üçün əlverişli olsa da, bu yazıda “Türkiyənin cənnəti” adlandırılan Tekirdağ haqqında danışılacaq. İstanbuldan 140 km məsafədə yerləşən Tekirdağ zəngin tarixi və təbiəti ilə turistləri valeh edir. Mərmərə dənizi sahilində yerləşən bu qədim Trakya şəhəri dağ və dəniz mənzərələri ilə xüsusi gözəlliyə sahibdir. Sahilboyu çimərliklər, parklar, çay bağları və yaşıl məkanlar Tekirdağın xüsusiyyətlərindəndir, həmçinin XVIII əsrə aid taxta evlər diqqət çəkir.

Əsas turizm məkanları və abidələr:

  • Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi25 mindən çox arxeoloji və etnoqrafik əsər, Osmanlı memarlığını əks etdirən keçmiş qubernator köşkü.
  • Rakoçzi Muzeyi – 1700-cü illərdə Macarıstan şahzadəsi II Ferenc Rakoçzinin şəxsi əşyaları, sənədləri və portretləri sərgilənir.
  • Rüstəm Paşa Məscidi – Memar Sinanın əsəri, XVI əsr.
  • Süleymaniyyə Məscidi (Çorlu) – XIV əsr, Osmanlı memarlığının incəlikləri.
  • Namık Kamal Evi – Məşhur şair Namık Kamalın xatirəsinə həsr olunmuş muzey.
  • Hora Mayak (Şarköy) – 1860-cı ildə fransız mühəndislər tərəfindən inşa edilmiş mayak.
  • Çorlu Qalası – Bizans dövrünə aid, Osmanlılar tərəfindən də istifadə olunub.
  • Ulaş Körpüsü və Kırkgöz KörpüsüOsmanlı və Roma dövrünə aid tarixi körpülər.
  • Thzolus Antik Şəhəri – Eramızdan əvvəl 1000-ci ilə gedib çıxan qədim şəhər.
  • Tarixi Çorlu Eviİki əsrlik tarixi olan taxta ev, muzey kimi fəaliyyət göstərir.
  • Melen Monastırı – VI əsr, vaxtilə şərab istehsalı ilə məşhur.
  • St. John Theologos Monastırı (Şarköy) – XIX əsr, müəyyən günlərdə dini ayinlərə ev sahibliyi edir.

Tekirdağ həm qədim tarixi, həm də gözəl təbiəti ilə Türkiyənin ən cazibədar bölgələrindən biridir. Bu şəhərə səyahət etsəniz, qədim sivilizasiyaların izləri ilə tanış olacaq, Osmanlı memarlığının gözəlliyini görəcəkunutulmaz tarixi-mədəni yolçuluq yaşayacaqsınız.

Fuad Mədətov
Finss.az