TURİZM

05 Noyabr

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını artır

Qərbi Avropadan Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb

Bu ilin yanvar–sentyabr aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 83,4 mindən çox xarici vətəndaş səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Finss.az xəbər verir ki, bu barədə məlumat Dövlət Turizm Agentliyinin hesabatında yer alıb.

Məlumata əsasən, 2025-ci ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 16 minə yaxın olub. Bu, 2024-cü ilin sentyabr ayına nisbətən 13 faiz, cari ilin avqust ayına nisbətən isə 46,7 faiz çoxdur.

Agentliyin məlumatına görə, Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP-10 ölkə aşağıdakı kimidir:

  1. Birləşmiş Krallıq – 4 631 nəfər

  2. Almaniya – 2 950 nəfər

  3. İtaliya – 1 984 nəfər

  4. İspaniya – 1 013 nəfər

  5. Niderland – 1 002 nəfər

  6. Fransa – 883 nəfər

  7. Avstriya – 463 nəfər

  8. Belçika – 452 nəfər

  9. Portuqaliya – 395 nəfər

  10. Yunanıstan – 382 nəfər