VAKANSİYA

12 Noyabr
1301

"Kontakt Home" işçi axtarır - VAKANSİYA

Company: Kontakt Home

Vacancy: Kiçik Mühasib

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Yük Gömrük Bəyannamələrinin işlənilməsi;
- Məhsulun maya dəyərini formalaşdıracaq əməliyyatların icrası;
- Əməliyyatların qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
- Təhtəlhesab şəxslərin əməliyyatlarının işlənilməsi və qalığının yoxlanılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Satış əməliyyatlarının işlənilməsi;
- Proqramda anbar qalıqlarına nəzarət olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Ali iqtisadi təhsil;
- Mühasibatlıq üzrə ən azı 1 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli.

Arzuolunan tələblər:

1C proqramı ilə işləmə bacarığı;
Vergi məcəlləsi biliyi.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kiçik Mühasib” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.