14 Noyabr

"Holcim" işçi axtarır - VAKANSİYA

Holcim

Position: ƏMTT üzrə Supervayzer
Department: ƏMTT
Work time: Tam

Əsas vəzifəsi:

● Effektiv ƏMTT idarəetmə sistemini inkişaf etdirmək, yerinə yetirmək və davam etdirmək və yerli ƏMTT qanunvericiliyinin
● tələblərini və Holcim Korporativ tələblərini yerinə yetirmək üçün uyğunluğa əmin olmaq
● Riskin Qiymətləndirilməsi sistemini, İnsidentin araşdırılmasını, ƏMTT yürüşlərini, Fövqaladə Halların idarə olunmasını,
● Təftiş və Təlim proqramlarını idarə etmək və bələdçi olmaq
● ƏMTT heyətini idarə etmək, zavodun və podratçı şirkətin komandalarına Sağlamlıq və Təhlükəsizlik mövzusunda dəstək olmaq
● Zavodun Holcim ÖQE və ƏMTT piramidaların tələblərinin yerinə yetirilməsində dəstəkləmək
● Şirkətin iş fəaliyyətlərində ƏMTT “Qəzasız Fəaliyyət Bəyənnaməsini” inkişaf etdirmək
● Təhlükəli davranışları, şəraitləri və təhlükələri müəyyən etmək, əsas səbəbləri araşdırmaq, düzgün və qabaqlayıcı tədbirləri müəyyən etmək və idarə heyətinə hesabat vermək.
● Bütün heyətin təxliyə prosedurları ilə tanış olmalarına əmin olmaq üçün mütəmadi olaraq keçirilən təxliyə məşqlərinə kömək etmək
● Fövqaladə / Gözlənilməz vəziyyət planlarının hazırlanmasına kömək etmək
● ƏMTT hesabat sistemini idarə etmək
● Əsas səbəbləri tapmaq üçün hadisə formalarını, tədqiqləri, təftişləri əlaqəli olan Supervazerlərlə və Menecerlərlə qiymətləndirmək, qeyri-uyğun davranışı və ya vəziyyətləri düzəltmək üçün hərəkət planını hazırlamaq
● Ehtiyac duyulan ƏMTT təlimlərini müəyyən etmək, təhlükəsizlik təlim kurslarını təşkil etmək və idarə etmək
● Təhlükəsizlik iclaslarını və yürüşlərini idarə etmək
● Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.

Tələblər:

● ƏMTT üzrə mütəxəssis vəzifəsində ən azı 5 il iş təcrübəsi (tikinti, neft və qaz, istehsalat sənayəsində)
● ƏMTT sənayesində dərin biliyə malik olmaq, ƏMTT üzrə yerli qanunvericiliyi və beynalxalq standartları bilmək (misal üçün OHSAS 18001)
● NEOSH IGC sertifikatların olması, arzu olunandır
● Mükəmməl analitik, problemlərin həlli və təşkilatçılıq qabiliyyəti
● Yazmaq və şifahi danışıq qabiliyyəti İngilis, Azərbaycan və Rus dilli
● Mükəmməl davranış, ünsiyyət qurmağ və təqdimat bacarıqları

Sənədlərin qəbulu:

Maraqlananlar CV-lərini mövzu bölməsində “ƏMTT üzrə Supervayzer” qeyd etməklə [email protected] ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 22 noyabr, 2019.

Işə müraciət ərizənizi yerləşdirməklə siz müəyyən şəxsi məlumatlarınız haqqında bilgi verməyinizi anlayır və qəbul edirsiniz. Bura həmçinin Holcim Azərbaycanın müsahibə vaxtı sizdən əldə edə biləcəyi məlumatlar da daxildir. Siz razılaşırsınız ki, Holcim Azərbaycan bu məlumatlar əsasında müraciətinizin və peşəkarlığınızın müraciət etdiyiniz vəzifəyə nə dərəcədə uyğun olması haqqında qərar verə bilər. Holcim Azərbaycan işə qəbul prosesinə yardımçı olmaq məqsədilə xarici şirkətlər,habelə üçüncü tərəf şirkətləri də sizin yazdığınız şəxsi məlumatlara daxil olmağa cəlb edə bilər.