VAKANSİYA

20 Noyabr
1325

Azərbaycan Beynəlxalq Bankı işçi axtarır - VAKANSİYA

1. Azərbaycan Beynəlxalq Bankı Quba filialınaXəzinədar (Kassir) vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  • Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
  • Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsill;
  • Bankda ən azı 1 illik xəzinədar vəzifəsi üzrə stajı olan namizədlərə üstünlük verilir;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.

Qeyd 1: Qubada yaşayan namizədlərə üstünlük verilir

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 4 dekabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Xəzinədar (Kassir)_Quba” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

2. Azərbaycan Beynəlxalq Bankı Kürdəmir filialınaXəzinədar (Kassir) vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  • Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
  • Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

Tələb olunan səriştələr:

  • Müştərilərlə nəzakətli ünsiyyət;
  • Müştərilərə vaxtında və keyfiyyətli xidmətin göstərilməsi;
  • İntizam, daxili sənədlərinə və daxili qaydalarına ciddi riayət etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsill;
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti.

Qeyd 1: Kürdəmirdə yaşayan namizədlərə üstünlük verilir

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 4 dekabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Xəzinədar (Kassir)_ Kürdəmir” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.