VAKANSİYA

22 Noyabr
1301

Sumgait Technologies Park işçi axtarır - VAKANSİYA

Sumgait Technologies Park

Vəzifənin adı: Hüquq Departamenti, Aparıcı hüquqşünas

Vəzifə öhdəlikləri:

• Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması;
• Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
• Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası;
• Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;
• Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;
• Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
• Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Ali hüquq təhsili;
• Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi;
• Rus və ingilis dili bilikləri (təcrübəli istifadəçi);
• Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər.
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı hüquqşünas” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.