BİRJA

30 Aprel

Maliyyə Nazirliyinin (1092 gün) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

30 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070114 ISIN-li, 120 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Fins.az xəbər verir ki, hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9609 (9.24%) manat və 96.7791 (7.7233%) manat olan 49 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8006(8.8999%) manat, orta ölçülmüş qiyməti isə 94.8028 (8.4989%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 111,388,900 manat, yerləşdirilmiş həcmi isə 81,883,300, manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 27.04.2027-ci ildir. Hərrac iştirakçıları 1 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.