Manatın dollar qarşısında bir qədər möhkəmlənməsi gözləmə mövqeyində olan vətəndaşlarda yenidən narahatlıq yaradıb. Onlar milli və xarici valyutada saxladıqları pullarını harada daha doğru istifadə edəcəklərinə qərar verə bilmirlər.
Fins.az onların bu suallarına aydınlıq gətirməyə çalışıb. “AzFinance” İnvestisiya Şirkətinin ekspertləri vəziyyəti şərh edərkən bildirdilər ki, doğru qərar vermək ilk növbədə, vəsaitin məbləğindən asılıdır.
Eləcə də bax: Manat dəyərdən düşəcəkmi? – “AzFİNANCE”IN PROQNOZU
“Vəsaitlərin bir hissəsini likvid saxlamaq lazımdır. Yəni, yeni imkanları dəyərlədirə bilmək üçün istənilən vaxt həmin vəsaiti götürüb valyutanı dəyişmək və ya xərcləmək imkanımız olmalıdır. Vəsaitlərinizin təxminən 30-40%-lik hissəsini likvid saxlamaq kifayyət edər. Lakin bu vəsait də gəlir gətirməlidir. Vəsaiti həm likvid saxlayıb və həm də gəlir götürmək üçün onu borc vermək və faiz gəlir götürmək ən optimal versiyadır”.
Ekspertlər burada bir neçə seçim imkanının olduğunu bildiriblər. Bunlar bank depozitləri, dövlətə istiqrazlar vasitəsilə borc vermək və şirkətlərin istiqrazlarını almaqla onlara borc verməkdir.
Eləcə də bax: Manatın güclənməsini şərtləndirən – AMİLLƏR
Səhm alıb satmaqla da vəsaiti likvid saxlaya və gəlir əldə edə bilərsiz. Bütün bunlar profesional insanların məsləhətləri ilə baş verməlidir ki, riskləri görə biləsiniz.
Ekspertlər vəsaitlərin qalan hissəsini daşınmaz əmlak və biznesə investisiya arasında bölməyi məsləhət görüblər. “Əslində, daşınmaz əmlak əgər sizin yaşadığını ev deyilsə, ona investisiya yatırmaq da bir biznesdir. Lakin bu investisiyalar zamanı 3-10 illik strategiya qurmaq lazımdır. Burada likvidlik yüksək olmaya da bilər.
Eləcə də bax: Vəsaitləri dollarda saxlamaqla nə qədər qazanmaq olar? – TƏHLİL
Bu strategiyanı isə yalnız peşəkarlarla qurmaq mümkündür. “AzFinance” İnvestisiya Şirkətinə tam etibar edə bilərsiz. Şirkətlə əlaqə saxlamaq üçün:
012 310 33 30
012 310 33 22
050 290 27 38
050 290 44 88
nömrələrinə müraciət edə bilərsiz.