TURİZM

29 Aprel

Rusiya ən çox hansı ölkəyə viza verir?

Ötən il Rusiyadan ən çox viza alan xarici ölkə vətəndaşları açıqlanıb.

Fins.az xəbər verir ki, Rusiyadan viza alan əcnəbilərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 64 faiz artıb. 

Rusiya ən çox kimə viza verir?

2023-cü ildə Rusiya 845 min 900 viza verib. 2022-ci ildə bu rəqəm 515 min 300 olub.

2023-cü ildə vətəndaşları Rusiyadan ən çox viza alan ölkələr aşağıdakı kimidir:

  1. Çin: 288 min 243

  2. Türkmənistan: 72 min 776

  3. Almaniya: 58 min 888

  4. Türkiyə: 58 min 472

  5. Hindistan: 41 min 643

  6. İran: 40 min 566

  7. Latviya: 20 min 902

  8. Vyetnam: 20 min 302

  9. Misir: 12 min 370

  10. Estoniya: 11 min 340

Günel Məlikzadə
Fins.az