05 Dekabr

Diesel yeni “futbolka”larının alıcılarına mənzil hədiyyə edəcək – Foto + Video

Geyim istehsalçısı Diesel daşınmaz əmlak sahəsində özünün yeni layihəsinin inkişafı üçün orijinal üsul tapıb.

Fins.az-ın məlumatına görə, AdAge nəşri yazır ki, şirkət bu bazara keçən il daxil olmuşdu. Yaşayış kompleksi isə Wynwood adlanır və Mayamidə yerləşir.

Onun reklamı üçün isə “Dünyada ən bahalı futbolka” adlı seriya buraxılmışdı. Kolleksiyada 143 model yer alır, onların hər birinin üzərində isə Yaşayış Kompleksində olan mənzillərin layihəsi yerləşdirilib.

Bəzi futbolkaların qiyməti isə bir neçə milyon dollara çatır. Amma bunun qarşılığında isə futbolkanın alıcısı Wynwood Yaşayış Kompleksində pulsuz mənzil əldə edəcək.

©Facemark.az